Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tom Kruz karyerası ərzində ən təhlükəli fəndini göstərdi - VİDEO

Tom Kruz karyerası ərzində ən təhlükəli fəndini göstərdi - VİDEO

Tarix: 24 Dekabr 2022 13:20

Hollivud ulduzu Tom Kruz karyerası ərzində ən təhlükəli fəndi barədə danışıb. Onun sözlərinə görə, tamaşaçılar bunu "Missiya: Mümkünsüz - Ölümcül hesablaşma. Birinci hissə" ("Mission: Impossible - Dead Reckoning Part One") filmində görə biləcəklər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 60 yaşlı amerikalı aktyor bunun üçün hündürlükdən motosikllə tullanışının necə həyata keçirildiyini göstərib.

"Bu, indiyə qədər etdiyimiz ən təhlükəli şeydir. Biz fəndi Norveçdə çəkəcəyik və bu, motosikletin uçurumdan tullanması olacaq", - deyə aktyor videoda bildirib.

Kruzun fəndlər üzrə koordinatoru Ueyd İstvud aktyorun təhlükəli hərəkətə hazırlaşmaq üçün ilboyu mükəmməl təlim keçdiyini bildirib.

Qeyd edək ki, ulduz aktyor fəndlərin çoxunu özü həyata keçirməyə çalışır.


Etiketlər:  Kruz karyerası ərzində təhlükəli fəndini göstərdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ