Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropaya keçmək üçün Azərbaycan sərhədini pozdular - FOTO

Avropaya keçmək üçün Azərbaycan sərhədini pozdular - FOTO

Tarix: 24 Dekabr 2022 15:26

Qusarda sərhədi qanunsuz keçmək istəyən 5 əcnəbi saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən Milli.Az-a bildirilib. Qeyd edilib ki, DSX və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində dekabrın 23-də saat Qusarda Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən beş Pakistan vətəndaşı saxlanılıb.

Onların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya, oradan isə Avropaya miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Avropaya keçmək üçün Azərbaycan sərhədini pozdular FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ