Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda “insan alverçi”ləri cəzaları ilə razılaşmadı, daha da artırıldı

Azərbaycanda “insan alverçi”ləri cəzaları ilə razılaşmadı, daha da artırıldı

Tarix: 24 Dekabr 2022 20:02

İnsan alverinə görə təqsirli bilinən şəxslərin cəzası ağırlaşdırılıb.

Lent.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində dövlət ittihamçısının protestini, həmçinin, "İnsan alverçiləri" Şirin Məmmədova və Aynur Fərruxovanın, habelə hüquq müdafiəçisi Dilsuz Məmmədovun verdikləri apelyasiya şikayətlərinə, Aynur Fərruxova tərəfindən öz apellyasiya şikayətinə edilmiş əlavəyə baxılıb.

İnsan alverçiləri və onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2022-ci il tarixli Qərarı ilə 10 iyun 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilərək insan alveri cinayəti törətmiş Şirin Məmmədovanın və Aynur Fərruxovanın 3 il müddətinə azadlıqdan məhrumetmə cəzaları 8 il müddətinə artırılıb.


Etiketlər:  Azərbaycanda insan alverçiləri cəzaları ilə razılaşmadı daha artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ