Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uçan avtomobilin qiyməti açıqlandı

Uçan avtomobilin qiyməti açıqlandı

Tarix: 25 Dekabr 2022 03:24

İlk uçan "Xpeng" avtomobilinin buraxılış tarixləri və qiyməti açıqlanıb.

Milli.Az bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin jurnalistləri "AeroHT" startapının yaradıcısı Çjao Deliyə istinad ediblər - onun 2013-cü ildən uçan avtomobillərlə məşğul olan şirkəti "Xpeng" tərəfindən dəstəklənib. Mütəxəssisin fikrincə, gələcək "Xpeng" elektromobili 2025-ci ilə qədər kütləvi istehsalda ola və satışa çıxarıla bilər. Uçan avtomobilin qiyməti 140 min dollar ola bilər.

Çjao Deli vurğulayıb ki, əgər "AeroHT" "Xpeng"in Çin daxilində geniş təchizatçılar şəbəkəsinə güvənərsə, münasib qiymətə nail olmaq olar.

Startapın təsisçisi vurğulayıb ki, gələcək avtomobil ümumi istifadədə olan yollarda vaxtın 90 faizini keçəcək - tıxac zamanı avtomobil havaya qaldırıla bilər. Avtomobilin dörd elektrik mühərriki və səkkiz pərvanəsi olacaq.

"Oliver Wyman" konsaltinq firmasının tərəfdaşı Çjan Tsunyi "Uçan avtomobil sənayesinə sərmayə qoymaq çətin bir marafondur" deyib. Mütəxəssis bildirib ki, bazarın inkişafı üçün 10-15 il lazım olacaq. "Morgan Stanley" analitiklərinin fikrincə, 2040-cı ilə qədər şəhər hava hərəkətliliyi bazarı təxminən bir trilyon dollar dəyərində ola bilər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Uçan avtomobilin qiyməti açıqlandı


RƏYLƏR