Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2022 17:10
İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyo Portuqaliya millisinin sükanı arxasına keçməkdən imtina edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis fəaliyyətini klub səviyyəsində davam etdirmək istədiyi üçün bu addımı atıb.
Portuqaliyalı baş məşqçinin "canavarlar"la 2024-cü ilin yayınadək müqaviləsi var. O, sözləşmənin sonunadək paytaxt təmsilçisində qalmaq niyyətindədir.
Beləliklə, 2011-ci ildən U-21 yığmasının sükanı arxasında olan Rui Xorxenin müvəqqəti olaraq əsas komandaya rəhbərlik etmək ehtimalı yüksəkdir.