Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2022 20:14
Ukrayna İranın milli təhlükəsizliyini təhdid edərsə, sənayedən əvvəlki dövrə qayıdacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu iranlı jurnalist Reza Abbasi deyib.
"İran xalqının təhlükəsizliyinə xələl gətirən ən kiçik hərəkət Kiyevi sənayedən əvvəlki dövrə qaytaracaq. Bu təhdid deyil, xəbərdarlıqdır", - jurnalist bildirib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak Moskva ilə Tehranın əməkdaşlığına görə İranda silah istehsalı sahələrinin məhv edilməsinə çağırıb.