Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pele ailəsi və dostları ilə vidalaşdı

Pele ailəsi və dostları ilə vidalaşdı

Tarix: 26 Dekabr 2022 22:20

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti pisləşib, o, ailə üzvləri və yaxınları ilə vidalaşıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə elit idmançılara kommersiya və təşkilatçılıq xidmətləri göstərən britaniyalı iş adamı Frank Xalid sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, üçqat dünya çempionu xərçənglə mübarizədə uduzur.

Qeyd edək ki, Pele ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib. Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.

Milli.Az


Etiketlər:  Pele ailəsi dostları ilə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ