Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 22:46
Ukraynadan Almaniyaya gələn qaçqınların əksəriyyəti müharibə bitdikdən sonra vətənlərinə qayıtmayacaqlar.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Berlinin şəhərsalma üzrə senatoru Andreas Qayzel bildirib.
"Təxminən 100 min qaçqının 80 minindən çoxunun uzunmüddətli yaşamaq üçün müraciət etdiyini nəzərə alsaq, çox sayda insanın Berlində illərlə qalacağını və dağıdılmış ölkələrinə qayıtmayacağını gözləmək mümkündür", - o deyib.
O, nümunə kimi ötən əsrin 90-cı illərində Yuqoslaviya müharibəsi zamanı Bosniyadan Almaniyaya gələn həmkarını misal çəkib. "Onlar Berlində cəmi bir neçə ay qalmağı planlaşdırırdı, lakin bu gün senat administrasiyasında işləyir və özünü alman hesab edir", - A.Qayzel söyləyib.
Senatorun sözlərinə görə, Ukraynadan olan minlərlə insanı da oxşar tale gözləyir.