Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya pandemiyanın rəsmən bitdiyini elan etdi

Almaniya pandemiyanın rəsmən bitdiyini elan etdi

Tarix: 27 Dekabr 2022 08:50

Almaniya COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.

Berlində fəaliyyət göstərən "Şarite" klinikasının virusologiya şöbəsinin müdiri, Almaniya Federal Hökumətinin Koronavirus Şurasının üzvü Kristian Drossen COVID-19 pandemiyasının artıq sona çatdığını bildirib.

"Fikrimcə, bu qış koronavirusun ilk endemik dalğasını yaşayırıq. Bu, pandemiyanın sona çatdığını göstərir", - deyə o, bəyan edib.

Həkimin sözlərinə görə, qışın sonunda əhalidə COVID-19-a qarşı immunitet o qədər güclü və sabit olacaq ki, yayda virusun kütləvi şəkildə yayıla bilməsi ehtimalı azdır.


Etiketlər:  Almaniya pandemiyanın rəsmən bitdiyini elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ