Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2022 19:10
Rusiyada, Krasnodarda BMW sürücüsü nizamlanmayan piyada keçidində üç uşaqlı təqaüdçünü vurub.
Sonxeber.net bildirir ki, hadisə videoya çəkilib, görüntüləri "Podyom" Telegram kanalı yayıb.
Kadrlarda qadının üç uşağı əlindən tutaraq piyada keçidi üzərində yolu necə keçdiyi görünüb. Keçidin sonunda dördü də sağdan yaxınlaşan avtomobilə tərəf dönüb, maşın isə onları yıxıb və ancaq vurandan sonra dayanıb. Hadisədən sonra bir uşaq yan tərəfə qaçıb. Qəzanın şahidləri zərərçəkənlərə kömək etmək üçün onlara yaxınlaşıb.
Daxili İşlər Nazirliyinin rayon Baş İdarəsindən bildirilib ki, xəsarət alan uşaqlar üç yaşından doqquz yaşadəkdir, hamısı xəstəxanadadır. Toqquşma zamanı qadın xəsarət almayıb. BMW sürücüsü ev dustaqlığındadır, barəsində cinayət işi başlanıb.
İrfan Vəliyev