Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllim tələbə ilə dalaşdı - VİDEO

Müəllim tələbə ilə dalaşdı - VİDEO

Tarix: 27 Dekabr 2022 20:14

Rusiyada, Yekaterinburqda Ural Maliyyə və Hüquq Kollecinin müəllimi tələbə ilə dava edib. Davaya səbəb yeniyetmənin kollecdə söyüş söyməsi olduğu iddia edilib.

Sonxeber.net bildirir ki, münaqişənin bir hissəsi videoya çəkilib, görüntüləri E1 portalı dərc edib.

Videoda müəllimin tələbə ilə necə ünsiyyət qurması göstərilib. Müəllim uşağı itələyib, hədələyib və söyüş söyüb. Yeniyetmə təəccüblənib və kişidən soruşub ki, onun günahı nədir.

"Məni hara aparırsan? Niyə ümumiyyətlə mənə toxunursan?" - tələbə soruşub. Kişi isə cavabında "Sən niyə "sən"lə xitab edirsən?", - deyə kollec müəllimi soruşub. Davanın sonunda kişi yeniyetməyə "ağzı üçün xalta almağı" tövsiyə edib və dərsə qayıdıb.

Sonradan məlum olub ki, Ural Maliyyə və Hüquq Kollecinin rəhbərliyi münaqişədən xəbərdardır. Onlar hər şeyi araşdıracaqlarına söz veriblər və davada iştirak edən müəllimin həqiqətən onların işinə yaradığını təsdiq ediblər. Yekaterinburq üzrə Daxili İşlər Nazirliyi uşaqlardan hər hansı birinin polisə müraciət edib-etməməsi ilə bağlı məlumatı dəqiqləşdirəcək.

İrfan Vəliyev


Etiketlər:  Müəllim tələbə ilə dalaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ