Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2022 11:10
Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyev diqqətçəkən paylaşım edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ona xarici valyutalara məxsus, pullar bükülmüş buket hədiyyə edilib.
38 yaşlı stilist "Instagram" hesabında paylaşdığı videoya "Anonim" yazıb. O, videoda deyib ki, buketdə 500 dollar məbləğində pul bükülüb.
Qeyd edək ki, Anar Ağakişiyev bir çox məşhurun - Türkiyənin müğənniləri Bülent Ərsoyun, Demet Akalının və başqa sənət adamlarının, eləcə də Xalq artistləri Aygün Kazımovanın, Röyanın, Tünzalə Ağayevanın imici üzərində çalışır.