Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı

İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı

Tarix: 28 Dekabr 2022 16:54

Qış istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, 2022-ci il 31 dekabr, 2023-cü il 01-02-03 yanvar

Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman. Qərb küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Balakən, Şəki, Zaqatala rayonunlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər zaatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.

Milli.Az


Etiketlər:  İstirahət günlərində gözlənilən hava şəraiti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ