Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

Tarix: 28 Dekabr 2022 17:14

Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Milli Demokratik Qütb" siyasi hərəkatının üzvü Vahe Qasparyan bildirib.

Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, əgər yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

"Biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə MDQ Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir", - "Qafqaz Bürosu" Telegram kanalı Qasparyandan sitat gətirib.


Etiketlər:  Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ