Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“ABŞ Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə vermir” - Lavrov

“ABŞ Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə vermir” - Lavrov

Tarix: 29 Dekabr 2022 08:09

"ABŞ Ukraynaya Rusiya ilə sülh danışıqları aparmağa imkan vermir, bu yolla onlar Moskvanı tükəndirmək istəyirlər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Rusiya tərəfinin Ukrayna ilə danışıqlardan imtina etməsi ilə bağlı ittihamlar var, baxmayaraq ki, Prezident Putin bu istiqamətdə ciddi təkliflərin olmadığını dəfələrlə bildirib. İstanbuldakı danışıqlar açıq şəkildə göstərir ki, həmin vaxt ukraynalılar onlara uzanan əlləri geri çəkdilər. Hətta bir çox  ABŞ və Avropa rəsmiləri Moskva ilə Kiyev arasında diplomatik danışıqların yaxın vaxtlarda mümkün olmadığı fikrini insanların beyninə yeritməyə çalışırlar",-deyə Lavrov bildirib.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynaya Rusiya ilə danışıqlar aparmağa icazə vermir Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ