Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya qazının ixracı ən aşağı səviyyəyə düşüb

Rusiya qazının ixracı ən aşağı səviyyəyə düşüb

Tarix: 29 Dekabr 2022 08:58

Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, "Qazprom"un rəhbəri Aleksey Millerin sözlərinə görə, 2022-ci ilin sonuna qədər şirkət MDB-dən kənar ölkələrə 100,9 milyard kubmetr qaz ixrac edəcək.

Agentliyin hesablamalarına görə, Rusiya qazının xarici bazarlara ixracı 2021-ci illə müqayisədə 46 faiz azalıb.

Bu da əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə kimi qeydə alınıb.

Eyni zamanda, Millerin sözlərinə görə, ilin sonuna qədər qaz hasilatının həcmi 412,6 milyard kubmetr təşkil edəcək.


Etiketlər:  Rusiya qazının ixracı aşağı səviyyəyə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ