Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda sürətlə "donuz qripi" yayılır

Ermənistanda sürətlə

Tarix: 29 Dekabr 2022 14:52

Ermənistanda yenidən H1N1 ("donuz qripi") qrip virusu yayılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxmalar artır: "Qripə yoluxma həmişə olduğu kimi, qış aylarında artır, lakin son iki-üç il ərzində koronavirus pandemiyasına görə bu virus ikinci plana keçmişdi. Hazırda H1N1 ("donuz qripi") qripinin ştammı artır və kifayət qədər təhlükəlidir".

Nazir 12 yaşına kimi uşaqların və xroniki xəstəliyi olan vətəndaşların vaksinasiya olunmasının vacibliyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Ermənistanda sürətlə donuz qripi yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ