Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqqasə müğənninin oğlu ilə qalmaqalından danışıb - VİDEO

Rəqqasə müğənninin oğlu ilə qalmaqalından danışıb - VİDEO

Tarix: 29 Dekabr 2022 16:15

Rəqqasə Rəna Ağamuradova (Renka) Aşıq Zülfiyyə İbadovanın oğlu Babək Quluzadə ilə qalmaqalından danışıb.

Sonxeber.net xəbər verir ki, o, bu barədə olay-a açıqlamasında deyib ki, efirdən sonra da aşığın oğlu ondan üzr istəməyib:

"Mən bir az xəstə idim, otaqda əyləşmişdim, soyuq idi, isinməyə çalışırdım. Mənə demişdilər ki, başqa qonaqlar olacaq. Onlar içəri daxil oldu. Zülfiyyə xanımı tanıyırdım, oğlunu yox.

Sonra dedilər ki, başqa qonaqlar gələsi olmadı, onlarla birgə efirə çıxacaqsız. Dediyim kimi, nasaz idim, belimdə ağrıyırdı. Mənə çox sual verməyə başladılar. Verilişdən əvvəl də mənə yuxarıdan aşağı baxırdı. Belə insanlar var axı, mən də uşaq deyiləm, görürəm. Sakitcə oturmuşdum, səsimi çıxarmırdım, amma o, həmin hərəkəti etdi. Zatən öyrəşmişəm, əvvəlki kimi centlmen insanlar çox az qalıb. Efirdən sonra üzr istəmədi, yaxınlaşmadı. İmkan vermədi ki, anası nəsə desin, üzr istəsin. Dedi ki, niyə onu başa salırsan, açıqlayırsan, o kimdir ki?  Yazmadı ki, siz məni düzgün başa düşmədiz. Bir sözlə, tərbiyəsini göstərdi. Mən belə şey görməmişəm".

Qeyd edək ki, "İndi başla" proqramında Renka atasından və sənət gəlməsindən danışarkən Babəkin "off" deməsi qalmaqala səbəb olub. Hətta rəqqasə efirdə göz yaşlarını saxlaya bilməyib.


Etiketlər:  Rəqqasə müğənninin oğlu ilə qalmaqalından danışıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ