Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xocəsən'' stansiyası tıxacın azalmasına təsir edəcək? - VİDEO

''Xocəsən'' stansiyası tıxacın azalmasına təsir edəcək? - VİDEO

Tarix: 29 Dekabr 2022 16:50

Metronun "Xocəsən" stansiyasının istifadəyə verilməsi paytaxt yollarında vəziyyəti hissedilən dərəcədə yaxşılaşdıra bilər.

Ancaq bunun üçün stansiyanın yanında Nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir.

Sonxeber.net  bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, bunu yol hərəkəti üzrə eskeprt Ərşad Hüseynov deyir.

Ekspert hesab edir ki, ancaq "Xocəsən" stansiyasının açılması Bakı-Sumqayıt yolunda tıxac və sıxlığın aradan qalxmasına o qədər də təsir etməyəcək.

Onun fikrincə, belə olduğu təqdirdə, insanlar Bakı-Sumqayıt yoluna daxil olmadan Bakı-Şamaxı yolu ilə Xocəsən dairəsinə, oradan isə metrostansiya istiqamətinə hərəkət edərək metrodan istifadə edə bilərlər.

Ekspert onu da əlavə edib ki, metronun bənövşəyi xəttinin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir: "Təkliflər üzərində aidiyyəti dövlət qurumları işləyərlərsə, çox keçməz ki, paytaxt yollarında sıxlıq və tıxacların azalmasının şahidi olarıq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Xocəsən stansiyası tıxacın azalmasına təsir edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ