Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış reper yoxa çıxdı

Tanınmış reper yoxa çıxdı

Tarix: 29 Dekabr 2022 21:05

Amerikalı 35 yaşlı reper Teofil London itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə reperin yaxınları məlumat verib.

Onlar polisə müraciət edərək Teofilin bir neçə aydır yoxa çıxdığını bildiriblər.

"Harada olursan ol. Təki bizə bir siqnal göndər. Nə olursa-olsun biz sənin üçün gələcəyik", - reperin atası deyib.

Teofil London ümumilikdə 3 albom çıxarıb. "Timez Are Weird This Days" (2011), "Vibes" (2014) və "Bebey" (2020). 

Qeyd edək ki, reperin sosial şəbəkələrdəki son paylaşımı iyun ayında olub.

Milli.Az


Etiketlər:  Tanınmış reper yoxa çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ