Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2022 23:06
Abşeronda binadan yıxılaraq ölən oğlanla bağlı yeni faktlar məlum olub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində yerləşən "Qəsr" yaşayış kompleksində qeydə alınıb.
1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib.
Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib.
Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib.
Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.
Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.