Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vaşinqtonda Zelenskinin istəyi rədd edilib?

Vaşinqtonda Zelenskinin istəyi rədd edilib?

Tarix: 30 Dekabr 2022 08:28

Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona səfəri zamanı HİMARS MLRS üçün ATACMS raketləri istəyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Vaşinqton Zelenskinin istəyini təmin etməyib.

Məsələ ilə bağlı danışan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Danilyuk sözügedən sistemlərin müharibədə böyük rolunun olduğunu vurğulayıb:

"HİMARS dönüş nöqtəsi idi - Rusiya buna öyrəşənə və hazırlığını görənə qədər. İndi biz bu müasir silahlarla nə edə biləcəyimizin həddinə çatmışıq. Növbəti mərhələdə dörd ay əvvəl HİMARS-ı ilk dəfə aldığımız zaman əldə etdiyimiz uğurları təkrarlamaq üçün bizə daha uzaqmənzilli silahlar lazımdır".


Etiketlər:  Vaşinqtonda Zelenskinin istəyi rədd edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ