Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 11:44
Ermənistanın Rusiyadakı səfiri Ermənistanın Ukraynadakı səfirini təhqir edib.
Sonxeber.net xəbər verir ki, Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan Paşinyana Ukraynanı dərhal dəstəkləməyi tövsiyə edib, çünki sonuncunun qələbəsi "bir neçə ayın işidir". Bu açıqlama Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanı qəzəbləndirib və o, Karapetyanı "xəstə" adlandırıb.
"Xəstələrdən xahiş edərdim ki, burada danışmasınlar: Rusiya heç bir halda uduzmayacaq və hadisələr bu istiqamətdə inkişaf etsə, nüvə silahından istifadə edəcək", - deyə Arutyunyan bildirib.