Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 12:00
Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyanın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı təsdiq edilib.
Sonxeber.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət İmtahan Mərkəzi Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Fəaliyyət Planının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Həmçinin Nazirlər Kabineti də bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.