Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli musiqi alətlərimiz - milli sərvətimizdir''

''Milli musiqi alətlərimiz - milli sərvətimizdir''

Tarix: 30 Dekabr 2022 15:06

Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilib.

Musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin (Bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev, dirijor - Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynova) müşayiəti ilə Azərbaycanın müxtəlif bölgələrindən olan gənc istedadlar - Respublika və beynəlxalq müsabiqələr laureatları Murad Hümmətov (nağara), Nurlan Əfəndizadə (nağara), Sona Həsənli (piano), İbrahim Mustafayev (tar), İlkin Lətifov (tar) , Sərxan Abdurrəhmanlı (tar), Türkan Cavadova (piano), Fatimə Hümmətova (xanəndə), İnci Abbasova (piano), Nurgün Həsənova (kamança), Mirnofəl Həsənov (tar), Xəyal Bəkirov (tar) öz ifalarının dinləyicilərə təqdim ediblər.

Proqramda Adil Gəray - "Baxçakürd", Adil Bəbirov - "Konsert pyesi", Üzeyir Hacıbəyli - "Koroğlu" operasından Rəqs, Üzeyir Hacıbəyli - "Cəngi", Arif Məlikov - "Süita" , Qarabağ şikəstəsi, T.Quliyev - Qaytağı, Vittorio Monti - "Çardaş", Vasif Adıgözəlzadə -" Lay-lay", Hacı Xanməmmədov - Tar və orkestr üçün 1 nömrəli konsert (II-III hissələr) səslənib.

Filarmoniyanın direktoru, professor, Azərbaucan Respublikasının Xalq artisti Murad Adıgözəlzadənin sözlərinə görə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gənc istedadlı musiqiçilərə hər zaman xüsusi diqqət göstərir. Məhz bu məqsədlə hər ay Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə birgə "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı silsilə konsertlər keçirilir.

Milli.Az


Etiketlər:  Milli musiqi alətlərimiz milli sərvətimizdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ