Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2025 10:20
Ukraynanın "Şaxtyor" komandası türkiyəli mütəxəssis Arda Turanın baş məşqçiliyi altında ilk oyuna çıxıb.
Sonxeber.net xəbər verir ki, Donetsk təmsilçisi Sloveniyadakı yay təlim-məşq toplanışı çərçivəsindəki yoxlama matçında Xorvariyanın "Qoritsa" klubu ilə üz-üzə gəlib.
Oyun "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 51-ci dəqiqədə Eqinaldu vurub.
"Şaxtyor" növbəti yoxlama görüşünü iyulun 6-da Çexiyanın "Slovatsko" komandasına qarşı keçirəcək.
Xatırladaq ki, Arda Turanın komandası yeni mövsümdə Ukraynanı UEFA Avropa Liqasında təmsil edəcək. Onlar yarışın birinci təsnifat mərhələsində ilk matçını iyulun 10-da Finlandiyanın "İlves" komandasını qarşı qarşı keçirəcək. "Şaxtyor" cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək. /QOL.az