Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şeytan məni buna məcbur etdi, evimdə ruhlar var''

''Şeytan məni buna məcbur etdi, evimdə ruhlar var''

Tarix: 31 Dekabr 2022 00:24

ABŞ-da evini "şeytanın tapşırığı ilə" yandıran 45 yaşlı Massaçusets sakini saxlanılıb.

Sonxeber.net bildirir ki, bu barədə WFXT məlumat yayıb.

Bostondakı Nikea Riveranın evində yanğın dekabrın 27-si çərşənbə axşamı səhər saat 11 radələrində başlayıb. Hadisə yerinə gələn fövqəladə hallar xidmətinin əməkdaşları üçmərtəbəli binada ciddi yanğın aşkarlayıblar. İki nəfər yanğından xilas edilib. Onlardan biri tüstüdən zəhərlənib xəstəxanaya aparılsa da, onun həyatı üçün təhlükə yoxdur.

Polis hadisənin səbəbini araşdırmağa başlayanda Rivera yanğını özü törətdiyini etiraf edib. "Şeytan məni buna məcbur etdi, evimdə ruhlar var", - deyə qadın izah edib. O, etdiyi hərəkətə görə üzr istəyib.

"Xoşbəxtlikdən bu qadının hərəkəti ciddi xəsarət və ya ölümlə nəticələnmədi. Onun ifadələri əlbəttə ki, çox qəribədir və növbəti addım - o, dərhal psixiatrik müayinə olmalıdır", - deyə rayon prokuroru Kevin Hayden bildirib.

Rivera yanğın törətməkdə ittiham olunub. İndi həkimlər onunla şəhərdəki psixiatriya klinikalarından birində işləyirlər. Növbəti məhkəmə iclası 2023-cü il yanvarın 13-nə təyin edilib.

İrfan Vəliyev


Etiketlər:  Şeytan məni buna məcbur etdi evimdə ruhlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ