Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 yaşında dünyanın ən gözəl uşağı olmuşdu - İndiki halı - FOTO

9 yaşında dünyanın ən gözəl uşağı olmuşdu - İndiki halı - FOTO

Tarix: 1 Yanvar 2023 02:46

Dünyanın ən gözəl qızı model Kristina Pimenova yeni il ilə bağlı paylaşım edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 17 yaşlı model şam ağacı ilə şəklini paylaşaraq bütün izləyicilərinin bayramını təbrik edib.

21-ci əsrin ən gözəl qızı seçilən Pimenovanın paylaşımı hər kəs tərəfindən bəyənilib. Onun böyüdükcə daha da gözəlləşməsi ilə bağlı da çoxlu şərhlər gəlib.

Qeyd edək ki, Kristina hələ 9 yaşında dünyanın ən gözəl uşağı seçilmişdi. O həmin illərdə bir neçə məşhur kinolarda da rol almışdı. Pimenova keçmiş model Qlikeriya və futbolçu Ruslan Pimenovun qızıdır. Hazırda bir çox tanınmış brendlər onunla əməkdaşlıq etmək üçün səy göstərir.

Milli.Az


Etiketlər:  yaşında dünyanın gözəl uşağı olmuşdu İndiki halı FOTO


RƏYLƏR