Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Marca" 2022-ci ilin ən yaxşı futbolçusunu açıqladı

Tarix: 1 Yanvar 2023 17:00

İspaniyanın nüfuzlu "Marca" nəşri 2022-ci ilin ən yaxşı futbolçusunu seçib.

Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 1-ci olub.

Qalib nəşrin 130-a yaxın oxucusunun iştirak etdiyi səsvermə yolu ilə seçilib. Finala Mbappe və Lionel Messi qalıb. Kilian respondentlərin 56 faizinin səsini toplayaraq komanda yoldaşını qabaqlayıb.

Qeyd edək ki, sorğuda üçüncü yeri "Qızıl top"un son sahibi, "Real"ın oyunçusu Kərim Benzema tutub.

Qeyd edək ki, 2022-ci ildə Mbappe bütün yarışlarda 56 oyuna çıxıb və 56 qol vurub.

Milli.Az


Etiketlər:  Marca 2022 ci ilin ən yaxşı futbolçusunu açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ