Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaçmazda partlayıcı hazırlayan saxlanılıb

Xaçmazda partlayıcı hazırlayan saxlanılıb

Tarix: 1 Yanvar 2023 17:12

Xaçmazda kustar üsulla partlayıcı vasitələr hazırlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində kustar üsulla tezalışan partlayıcı vasitələrin gizli şəkildə hazırlanmasını və satışını həyata keçirən Sadiq Qanbayev saxlanılıb.

Sadiq Qanbayevin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub.

Milli.Az


Etiketlər:  Xaçmazda partlayıcı hazırlayan saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ