Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Xəzərdəki reaktiv daşıyıcılardan vuruldu

Ukrayna Xəzərdəki reaktiv daşıyıcılardan vuruldu

Tarix: 1 Yanvar 2023 19:42

Rusiya qoşunları ilk dəfə olaraq Ukraynaya zərbələr endirmək üçün Xəzər dənizindəki reaktiv daşıyıcılardan istifadə edib. Bu, Rusiya üçün Qara dəniz sahilində logistika ilə bağlı problemlərə işarə edə bilər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna telemarafonunun efirində ölkənin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

"Dünənki raket hücumları üçün səciyyəvi hal o idi ki, Xəzərdə olan raket daşıyıcılarından istifadə olunurdu. Bu, genişmiqyaslı işğal dövründə ilk dəfə qeydə alınıb. Yəqin ki, onları Qara dənizə çatdırmaq daha da çətinləşib", - Qumenyuk bildirib.

Onun sözlərinə görə, bu, Ukrayna qüvvələrinin Sol Sahildə düşmənin maddi-texniki təchizatını atəş nəzarəti altında saxladığını göstərir.

Xatırladaq ki, dünən, dekabrın 31-də Rusiya ordusu növbəti dəfə Ukrayna ərazisinə kütləvi şəkildə raket zərbələri endirib.


Etiketlər:  Ukrayna Xəzərdəki reaktiv daşıyıcılardan vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ