Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var - FOTO

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var - FOTO

Tarix: 1 Yanvar 2023 20:58

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Qarayev Kirvin Vidadi oğlu kənd yolunda hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlü Qarasaqqal kənd sakini Əmrahov Asim Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb xəsarət alan var FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ