Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 08:04
Yeni il gecəsi Novosibirskdə çoxmərtəbəli binanın iki eyvanı həyətdə atılan fişənglər səbəbindən yanıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə baş idarəsindən bildirilib.
"Ölçüsü 4x1,2 metr olan 2 eyvan yanıb. Mənzillərə ziyan dəyməyib", - Nazirlikdən vurğulanıb.
30 dəqiqədən sonra yanğın lokallaşdırılıb, iki dəqiqə sonra isə açıq alov söndürülüb.
Yanğının söndürülməsinə 26 nəfər canlı qüvvə və 8 texnika cəlb olunub.