Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor qəzaya düşüb, kritik vəziyyətdədir

Məşhur aktyor qəzaya düşüb, kritik vəziyyətdədir

Tarix: 2 Yanvar 2023 18:10

Hollivud aktyoru, iki dəfə Oskar mükafatına namizəd və "Qisasçılar" filminin ulduzu, "Şahin gözü" obrazı ilə tanınan Ceremi Renner avtomobil qəzasına düşüb və vəziyyəti ağırdır.

Milli.Az bildirir ki, bu barədə onun nümayəndəsinə istinadən "The Hollywood Reporter" xəbər verib.

51 yaşlı aktyor "hava şəraiti ilə bağlı qəza"dan sonra helikopterlə xəstəxanaya çatdırılıb. Rennerin sözçüsü bildirib ki, hadisə qar təmizlənərkən baş verib.

Nəşrin həmsöhbəti əlavə edib ki, Renner "kritik, lakin stabil vəziyyətdədir" və onun ailəsinin yanında olduğunu və lazımi qayğı göstərildiyini deyib.

Aktyorun nümayəndəsi hadisənin dəqiq harada baş verdiyini açıqlamayıb, lakin məlumdur ki, aktyor Syerra Nevada dağlarında Taho gölü üzərində ranço sahibidir. Yeni il gecəsi qış fırtınası bölgəyə ciddi ziyan vurub.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Məşhur aktyor qəzaya düşüb kritik vəziyyətdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ