Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevil-Sevinc: ''2022-ci ildə həyatımızdan bir çox insanları sildik'' - VİDEO

Sevil-Sevinc: ''2022-ci ildə həyatımızdan bir çox insanları sildik'' - VİDEO

Tarix: 2 Yanvar 2023 19:55

"Dost, ailə problemləri baxımından 2022-ci il heç düşərli olmadı bizim üçün. Hədsiz dərəcədə çox itirdik. O yükü isə daşımaq istəmədim".  

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Sevil-Sevinc Səfərova bacıları qonaq olduqları "7 canlı" axşam şousunda deyiblər.  

Sevinc açıqlamasında bildirib ki, 2022-ci ildə həyatından sildiyi insanlar çox olub:

"Həyatımdan sildiyim bir çox insanlar oldu. Nə yaxşı ki, onları sildim. Üzümə gülüb, arxamca min söz deyənlər. Evimdə çörək kəsib, mənimlə bərabər gülüb-ağlayıb, arxamca çox pis sözlər danışan insanlar həyatımda olmasalar daha yaxşıdır. Ona görə 2023-cü ilə pozitiv enerji ilə girmişik. Yeni dostluqlar deməyim, çünki artıq yeni dostlar qazanmaq istəmirik. Bəs elədi (gülür)... Amma etibarlı dostlarımız da az deyil. Bəylər daha çoxdur, çünki bəylər dostluğu sözün əsl mənasında bacarırlar". 


Etiketlər:  Sevil Sevinc 2022 ildə həyatımızdan çox insanları sildik VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ