Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya müharibəyə hər şeyini cəlb edib - Volker

Rusiya müharibəyə hər şeyini cəlb edib - Volker

Tarix: 3 Yanvar 2023 13:52

Rusiyanın təhdidlərinə baxmayaraq, Qərb Ukraynanın müharibədə tezliklə qalib gəlməsinə kömək etmək üçün ölkəni silahla təmin etməyə davam etməlidir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ-ın NATO-dakı keçmiş səfiri və Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

"Rusiya artıq bu müharibəyə əlindən gələn hər şeyi cəlb edib: çağırışçılar, məhbuslar, bütün hərbi texnikası, İran hərbi texnikası... Rusiyanın Ukraynaya silah tədarükünə cavab verəcək bir şeyi qalıbmı?! Əlbəttə, onlar belə şeylər deyərək, Qərbi şübhə etməyə və silah ötürməməyə inandırmağa çalışacaqlar. Amma əslində biz Ukraynaya əlimizdən gələni etməliyik ki, Kiyev bu müharibədə ən qısa zamanda qalib gəlsin", - o vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya müharibəyə hər şeyini cəlb edib Volker


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ