Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 14:42
"TikTok" platformasında təəccübə səbəb olacaq gözəllik sirləri yayılıb.
Sonxeber.net Lent.az-a istinadla xəbər verir ki, sosial platforma istifadəçiləri kosmetoloji vasitə kimi tərkibində menstrual qan olan üz maskalarına üstünlük verdiklərini açıqlayıblar. Bu da bir çoxlarını narahat edib.
Dermatoloqlar menstrual maskanın dəriyə qulluq üçün steril üsul olmadığını dilə gətiriblər. "QİÇS"ə və ya cinsi xəstəliklərə yoluxmuş qadınların virusları dərilərinə ötürə biləcəyinə dair ehtimallar da var.
Dermatoloqlar onu da deyiblər ki, tərkibində qan yox, süd olan maskalardan istifadə etmək lazımdır. Hətta qanından özünə cavanlaşdırıcı məhsullar hazırlatdıran futbolçu Devid Bekhamın arvadı Viktoriya Bekhamın da etdiklərinin yanlış olduğunu vurğulayıblar.
Bundan əlavə, qoyun qığından hazırlanan və üzü cavan saxlayan məhsullardan istifadə edən məşhurlar arasında müğənni Harri Staylz, iş qadını Kim Kardaşyan və həmçinin, Viktoriya Bekham da var. Onlar 500 dollar ödəyərək kosmetoloq yanında prosedur keçirlər.
Qeyd edək ki, bu cür qəribə üsulları yoxlayıb "TikTok"da insanlarla bölüşən az deyil.