Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO

Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib - VİDEO

Tarix: 3 Yanvar 2023 15:00

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 23-cü gündür ki, davam edir.

Milli.Az xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid daha bir təminat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.

Səhər saatlarından bu zamanadək müxtəlif saatlarda ümumilikdə 15 maşın keçid edib

Qeyd edək ki, bundan öncə də gün ərzində sülhməramlılara aid bir neçə təminat maşının keçidinə şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 23 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Milli.Az


Etiketlər:  Bu gün Laçın yolundan ümumilikdə 15 maşın keçib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ