Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pelenin dəfn mərasimində selfi çəkdirən İnfantino tənqid olundu

Pelenin dəfn mərasimində selfi çəkdirən İnfantino  tənqid olundu

Tarix: 3 Yanvar 2023 22:30

FIFA prezidenti Canni İnfantino braziliyalı futbolçu Pelenin dəfn mərasimində çəkilən selfidən sonra tənqidlərə reaksiya verib.

"Bəzi insanların dünən mərasimdə selfi və fotolar çəkdirdiyimə görə məni tənqid etmələri barədə məlumat aldıqdan sonra dəhşətə gəldim. Aydınlaşdırmaq istərdim ki, böyük Pelenin komanda yoldaşları və ailə üzvləri məndən onlarla şəkil çəkdirə biləcəyimi soruşdular. Bu mənim üçün şərəf idi. Açığı, mən dərhal razılaşdım.

Mən Peleyə və dünənki mərasimə heç vaxt hörmətsizlik olacaq bir şey etmərəm. Ümid edirəm ki, bilmədən və ya məlumat axtarmaq istəmədən şərh yazanlar özlərində ədəb və cəsarət tapıb səhv etdiklərini etiraf edərək dediklərini düzəldəcəklər". - deyə o , bildirib.

Qurum rəhbəri vurğulayıb  ki, ən əsası Kral Peleyə hörmət etməkdir.

Milli.Az


Etiketlər:  Pelenin dəfn mərasimində selfi çəkdirən İnfantino tənqid olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ