Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlandı

Gülbahar Şükürlüdə yenidən xərçəng  aşkarlandı

Tarix: 3 Yanvar 2023 22:54

Xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda qarmon ifaçısı deyib. O bildirib ki, yenidən kimyaterapiya alır:

"Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam".

G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:

"Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar".

Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.


Etiketlər:  Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ