Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2023 15:38
Macarıstanın baş naziri Viktor Orban məktəblərdə LGBT təbliğatının qadağan edilməsi qərarına münasibət bildirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə o, yanvarın 3-də jurnalistlərə danışıb.
"Bundan imtina etmək üçün bizə çox təzyiqlər göstərilir. Bildirilir ki, əks halda Macarıstan Aİ-nin vəsaitlərini almayacaq", - Orban deyib.
Onun sözlərinə görə, bu məsələlərdə övladlarının tərbiyəsində QHT-lər deyil, valideynlər məsuliyyət daşıyır.