Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə iki hərbçi həlak oldu

Türkiyədə iki hərbçi həlak oldu

Tarix: 4 Yanvar 2023 18:26

Türkiyədə iki hərbçi yol qəzası nəticəsində həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Harun Uğur və Halil Sultan Konyada avtomobil qəzasında dünyalarını dəyişiblər. Daha iki hərbçi xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

"Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin; Onların kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik", - qeyd olunub.

Milli.Az


Etiketlər:  Türkiyədə hərbçi həlak oldu


RƏYLƏR