Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 08:03
Bir çox analar uşaqlarını duzlu su ilə qarqara eləməyə məcbur edirlər. Bu əksər hallarda boğazda iltihabi proseslər baş verdiyi zaman olur. Duzlu su ilə qarqara etmək boğazda xəstəliyin əlamətlərini azaldır və xəstənin ümumi vəziyyətini yüngülləşdirir.
Duzlu su dedikdə, dəniz duzu qatılmış su nəzərdə tutulur. Bəs bu su ilə boğaz yaxalayan zaman nələr baş verir?
Dəniz duzu qatılmış su boğaz ağrısı zamanı istifadə edilən ən təbii müalicə vasitəsidir. Bu boğazın kimyəvi təmizlənməsidir. Az miqdar suda həll edilmiş duz bakteriya əleyhinə təsir göstərərək iltihab əlamətlərini aradan qaldırır. Bu səbəbdən də boğazda xəstəliyin əlamətləri azalır və ağrı hissi aradan qalxır. Dəniz duzunun orqanizm üçün faydaları çoxdur. Dəniz duzu qatılmış duyun isə orqanizmə 5 faydası var.
1. Boğazı təmizləyir
Dəniz duzu qatılmış su boğazın turşuluq balansını neytrallaşdırır və boğazı təmizlyir. Duzlu su ağız boşluğundakı bakteriyaların azalmasına səbəb olur.
2. Duzlu su boğazda Ph balansının normallaşmasına səbəb olur.
PH balansının normallaşması bakteriyaıların məhvinə səbəb olur və boğazın normal pH səviyyəsinin saxlanılmasına səbəb olur.
3. Burun tutulmasının qarşısını alır
Mütəxəssislər duzlu suyun sinusit əlamətlərini aradan qaldıra bilməsini sübut ediblər. Gün ərzində 3-4 dəfə boğazı duzlu su ilə qarqara etmək burun yollarının açılmasına və sinusitin sağalmasına səbəb olur.
4. Diş çürümələrinin qarşısını alır.
Araşdırmalar duzlu su ilə qarqara etməyin dişlər üçün faydalı olduğunu sübut etmişlər. Duzlu su ağız boşluğundakı bakteriya və mikrobları məhv edətək dişlərdə çürümələrin qarşısını ala bilir.
5. Qan dövranını yaxşılaşdırır.
İsti duzlu su ilə qarqara etmək boğazdakı sağalma prosesini sürətləndirir. İsti duzlu su boğaz nahiyəyə qan axınını sürətləndirir və zədələnmiş nahiyənin tez sağalmasına səbəb olur.
Mütəxəssislər qarqara üçün hazırlanan məhlulda duzun miqdarının çox olmasını mələhət bilirlər.