Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu 8 dərmanı daima üstünüzdə gəzdirin

Bu 8 dərmanı daima üstünüzdə gəzdirin

Tarix: 5 Yanvar 2023 08:36

1. Parasetamol
Parasetamol dünyada ən məşhur dərman sayılır. Bu tərkibə malik onlarca dərman var. Parasetamolun ağrıkəsici, qızdırmasalıcı və iltihabəleyhinə təsiri var. Dozasının çox olması uşaqlar üçün zərərlidir. Bu dərmanı qaraciyər xəstəliklərindən əziyyət çəkən adamlara vermək olmaz. Həmişə yanınızda saxlasanız baş ağrıları və qızdırmalar zamanı köməyinizə çata bilər.

2. İmodium
İshal zamanı bağırsaqların fəaliyyətini normallaşdırır. Yanınızda saxlamanız özünüzdə və ətrafınızdakı adamlarda qəfil baş verən ishalın qarşısını ala bilər.

3. Diazolin
Allergiya əleyhinə təsir göstərir. Ən birinci yaranmış allergiya dərmanlarından biridir. Allergiya əleyhinə təsir göstərir, baş ağrısını, qaşınmanı aradan qaldırır. Heç bir əks göstərişi yoxdur.

4. Ekstrat valerian
Ən qədim sakitləşdiricilərdəndir. Təbii bitki tərkibli dərmandır. 12 yaşına qədər uşaqlara yalnız həkimin məsləhəti ilə vermək lazımdır.

5. Nitroqliserin
Qəfil baş verən ürək tutmalarının əlamətlərini aradan qaldırır, ürək damarlarını genişləndirərək qanın normal axınını təmin edir. Dərmanın qəbulu xəstələrdə baş ağrıları əmələ gətirə bilir.

6. Papazol
Təzyiq salıcı dərmandır. Gün ərzində 2-3 həb qəbul etmək olur. 12 yaşına qədər uşaqlara vermək olmaz.

7. Aktivləşdirilmiş kömür
Bu dərmanı yanınızda gəzdirmək qəfil meydana çıxan zəhərlənmə əlamətlərinin aradan qalxmasına səbəb olar. Aktivləşdirilmiş kömür bağırsaqlardakı toksinləri sormaq qabiliyyətinə malikdir.

8. No şpa
Bu dərman ən yaxşı spazmolitiklərdəndir. Mədə və bağırsaqlardakı spazmları aradan qaldırır. Həkimin təyinatı ilə az yaşlı uşaqlara da vermək mümkün olur. Amma böyüklər gün ərzində 6 həbə qədər qəbul edə bilərlər.


Etiketlər:  dərmanı daima üstünüzdə gəzdirin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ