Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Un ucuzlaşdı - VİDEO

Un ucuzlaşdı - VİDEO

Tarix: 5 Yanvar 2023 14:36

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb.

Bir kisəsi 41 manata olan unun qiyməti  bu gündən 38 manata  endirilib.

Bölgələrdə  artıq satış qiymətləri aşağı salınıb. Şirvanda əvvəllər  41-42 manata satılan 50 kq un  bu gündən 38 manat, bəzi yerlərdə isə 38.70 mantdan satışa çıxarılıb.

Satıcılar qeyd edirlər ki, qiymətin düşməsi unun satışına da təsir edib.

Sumqayıt şəhərində də unun qiymətində enmə müşahidə edilir. 45 kq-lıq unun bir kisəsi 35 manat 50 qəpiyə müştərilərə təklif edilir.

Şəhərin digər marketlərində 50 kq-lıq  un 38 manatdan alıcılara verilib.

Mingəçevirdə də unun qiyməti ucuzlaşıb. Şəhərdə həm alıcılar, həm də satıcılar qiymətlərdə enmə olduğunu bildirdilər. Un satışını həyata  keçirənərlər deyirlər ki, un dəyirmanlarında ucuzlaşma olduğundan satışda 80 qəpik, 1 manat arasında ucuzlaşma yaranıb.

Əvvəl 41 manata satılan 50 kiloqramlıq un kisələri hazırda 40 manata təklif edilir. 25 kiloqramlıq un kisələri isə əvvəl 21 manata idisə, hazırda 20 manata satılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  ucuzlaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ