Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlayıb, yaralananlar var - YENİLƏNİB

Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlayıb, yaralananlar var - YENİLƏNİB

Tarix: 5 Yanvar 2023 19:34

19:32

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlaması, iki nəfərin xəsarət alması faktı barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirib ki, Şəmkir rayonunda qumbara partlaması nəticəsində 2 nəfərin xəsarət alması ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib.

İlkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərovun sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B. Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. Hazırda B. Qarayevin qumbaranı haradan əldə etməsi və digər xüsusatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

---------
18:04

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

Milli.Az bildirir ki, hadisə rayonun "Bazar" adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər - 1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Şəmkirdə valyutadəyişmə məntəqəsində qumbara partlayıb yaralananlar var YENİLƏNİB


RƏYLƏR