Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 05:44
Rusiyada, Permdə 36 yaşlı kişi üç yaşlı qızını vanna otağında vedrədə boğub, bundan sonra günahını etiraf edərək polisə müraciət edib.
Sonxeber.net REN TV-yə istinadən bildirir ki, polis hadisənin təfərrüatlarını araşdırır, yoxlamanın nəticələrinə əsasən cinayət işi başlanacaq. Əvvəllər kişi adam döyüb və buna görə mühakimə olunub. O, hazırda saxlanılıb.
İrfan Vəliyev