Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti itkin düşüb

Xalq artisti itkin düşüb

Tarix: 6 Yanvar 2023 11:40

Rusiyanın Xalq artisti Tatyana Kravçenko itkin düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Московский комсомолец" nəşri məlumat yayıb. Məsələ ilə bağlı açıqlama verən rusiyalı aktyor Stas Sadalskinin sözlərinə görə, 69 yaşlı aktrisa Sankt-Peterburqda baş rollardan birini ifa etdiyi tamaşaya gəlməyib.

Bildirilib ki, nəşr aktrisa ilə əlaqə saxlamağa çalışsa da o, zənglərə cavab verməyib. Həmçinin qeyd olunub ki, Kravçenkonu səhnədə Rusiyanın Əməkdar artisti Zoya Buryak əvəzləyib.

Bununla yanaşı, aktrisanın dostu RSFSR Ali Sovetinin sədri Ruslan Xasbulatovun vəfatından sonra əlaqədar vəziyyətinin pisləşməsi səbəbindən tamaşaya getməməsi də barəsində gəzən şayiələr arasında yer alır.

Milli.Az


Etiketlər:  Xalq artisti itkin düşüb


RƏYLƏR