Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 15:44
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bununla belə, o da qeyd olunur ki, bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.
Eyni zamanda vurğulanır ki, müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.