Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dorian'' 1200-dən çox adamı ''itirib''

''Dorian'' 1200-dən çox adamı ''itirib''

Tarix: 11 Oktyabr 2019 09:30

Bakı. Trend:

Baham adaları hökuməti 1208 nəfərin itkin düşməsi barədə xəbər verib.

Trend-in məlumatına görə, həmin şəxslərin son 1 ayda regionda tüğyan edən "Dorian" qasırğası səbəbindən taleyi naməlum qalıb.

Daha öncə 600 nəfərin itkin düşməsi barədə məlumatlar verilirdi.

Qasırğa nəticəsində ölənlərin sayının isə 60 nəfər olduğu qeyd edilir. Təbii fəlakət nəticəsində adada 13 min tikili dağılıb, böyük sahələr su altında qalıb. Qasırğanın adalara vurduğu ziyan 573 milyon dollardan çox hesablanır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dorian 1200 dən çox adamı itirib


RƏYLƏR